Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib

Avtoreyd 16 Noyabr 2016 16:53 Oxunub 1714
Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərarın şəriklərlə yaşanan konflikt nəticəsində verildiyi iddia olunur

Formula 1 yarışlarında çıxış edən "Maklaren" komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 35 il komandaya rəhbərlik edən R.Dennis icraçı direktoru olduğu "McLaren Group"dakı vəzifəsindən də uzaqlaşıb.

Mətbuat bu qərarın qrupun digər şərikləri ilə yaşanan konflikt nəticəsində verildiyini iddia edir.

Qeyd edək ki, Ron Dennis 1980-ci ildə "Maklaren"ə gəlib. Bir il sonra isə o, komandaya nəzarəti ələ alıb. Dennisinin rəhbərliyi dövründə komandanın 10 pilotu dünya çempionu olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh