Mühəndislik möcüzəsi: Çökmüş yolu 48 saata düzəltdilər - FOTO

Qaydalar 16 Noyabr 2016 21:00 Oxunub 15268
Mühəndislik möcüzəsi: Çökmüş yolu 48 saata düzəltdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün dünyaya örnək olacaq iş…

Yapon mühəndislər bütün dünyaya örnək olacaq iş görüb. Avtosfer.az xəbər verir ki, bir həftə əvvə Yaponiyanın cənub şərqində yerləşən Fukuoka şəhərində yolun 30 metr genişliyində çökməsi bütün xəbərlərdə yer almışdı. Noyabrın 8-i səhər saatlarında su sızıntı ilə yaranan çökmənin dərinliyi 15 metr, eni isə 30 metrə yaxın idi.

Ancaq bu hadisənin günlərdir müzakirə edilməsinin başqa bir səbəbi isə Fukuoka bələdiyəsinin yolu sadəcə 48 saatda bərpa etməsi oldu.

Bələdiyə sədri şəhər əhalisindən üzr istəyərək yolun əvvəlkindən 30 dəfə daha yaxşı vəziyyətə gəldiyini açıqladı. 9 noyabr axşam başlayan mühəndislər yolu 15 noyabrda istifadəyə yararlı hala gətirdi. Yaranan boşluğun doldurulması isə sadəcə 48 saat davam etdi. Xüsusi olaraq hazırlanan sementlə doldurulan dərədən keçən su və kanalizasiya boruları da bərpa edildi. Bələdiyə əvvəlki halından 30 dəfə daha sağlam vəziyyətdə olduğunu açıqlasa da, yol müstəqil mühəndislər tərəfindən də yoxlanılacaq.

http://pahoo.az/upload/media/entries/2016-11/16/10126106-2-2ef6ec69848eb2d4b846466dca27b9f8.jpg

http://pahoo.az/upload/media/entries/2016-11/16/10126106-3-2ef6ec69848eb2d4b846466dca27b9f8.jpg

http://pahoo.az/upload/media/entries/2016-11/16/10126106-4-2ef6ec69848eb2d4b846466dca27b9f8.jpg

http://pahoo.az/upload/media/entries/2016-11/16/10126106-4-2ef6ec69848eb2d4b846466dca27b9f8.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh