Həkim sürücünü bəlaya saldı - Vurduğu piyada sağdır, amma... - ŞOK İTTİHAM - VİDEO

Xəbərlər 16 Noyabr 2016 23:01 Oxunub 6156
Həkim sürücünü bəlaya saldı - Vurduğu piyada sağdır, amma... - ŞOK İTTİHAM - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İldırım Sultanov həkimi ittiham edir, 1 il icbari iş, 1 il 6 ay sürücülük hüququndan məhrumetmə

Bakı sakini İldırım Sultanovun başına maraqlı bir hadisə gəlib. Taksi fəaliyyəti ilə məşğul olarkən Salyanda diqqətsizlikdən yoldan keçən piyadanı vurub. Bundan sonra problemlərinin ardı-arası kəsilmir. 20 gündən sonra xəsarət alan adamın gipsi açılıb və sağlamlığının qaydada olduğu bildirilib. İldırım Sultanovun sözlərinə görə, bundan sonra onun məhkəmə işi baş tutub və 1 il icbari iş və 1 il 6 ay müddətinə sürüclük hüququndan məhrum etmə cəzası verilib. İndi isə onu narahat edən məqam həkim tərəfindən ona səhv analiz kağızının verilməsidir. Deyir ki, hadisədən bir müddət sonra piyadanı yenidən rentgenə aparıblar və onda hec bir qırığın olmadığı bildirilib.

Xəsarət alan piyada Rasim Dadaşova də zəgn etdik. O, İldırım Sultanovundan şikayətçi olmadığını və hadisə nəticəsində təkcə qolunun əzildiyini bildirirdi. Həmin həkim Salyan rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Nurlan Hüseynov isə piyadada sınıq olduğunu və yalan məlumat vermədiyini deyir. Nurlan Hüseynovun həmkarlarının fikirləri də onun açıqlamasına şübhə yaradır. Çünki həkimlər deyir ki, qoldakı sol bazu boyunun sınığı yaşlı insanlarda 20 gün ərzində sağala bilməz.

İndi nəticənin dəyişilməsi qəza törədən sürücünün yenidən hüquq mühafizə orqanlarına müraciətindən asılıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh