"Cadillac CT6 Plug-İn Hybrid" modeli yazda satışa çıxarılacaq - FOTO

Avtodünya 17 Noyabr 2016 11:51 Oxunub 1609
"Cadillac CT6 Plug-İn Hybrid" modeli yazda satışa çıxarılacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sedanın qiyməti 75.095 dollar olacaq

Amerika şirkəti yeni Cadillac CT6 Plug-İn Hybrid modelini 2017-ci ilin mart ayından satışa buraxmağı planlaşdırır. Avtosfer.az xəbər verir ki, hibrid model Çində yığılacaq və oradan ABŞ-a idxal ediləcək.

Yeni modelin arxa oturacaqları arasına 18.4 kilovatlıq yeni ion akkumulyatoru quraşdırılıb. Avtomobilin enerji ehtiyatı 48 saat üçün kifayət edir. Benzin mühərriklə birlikdə yeni model 643 km məsafə qət edə bilər. 100 km məsafə üçün 3.6 litr yanacaq sərf edir. 100 km/saat sürəti 5.2 saniyəyə yığır. Yeni Kadillakın maksimal sürəti 241km/saatdır.

Kapotun altında 2 litr həcmli, 4 silindrli turbinli mühərrik var. İki elektrik mühərriki ilə birlikdə aqreqat 335 at gücü hasil edir.

Sedanın qiyməti 75.095 dollar olacaq.

http://images.hgmsites.net/med/2016-cadillac-ct6_100543706_m.jpg

http://images.hgmsites.net/med/2016-cadillac-ct6_100543711_m.jpg

http://images.hgmsites.net/med/2016-cadillac-ct6_100543691_m.jpg

http://images.hgmsites.net/med/2016-cadillac-ct6_100543699_m.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh