Yol polisinin sərxoş tutduğu sürücü ayıq çıxdı - Qalmaqal - VİDEO

Xəbərlər 18 Noyabr 2016 01:04 Oxunub 24118
Yol polisinin sərxoş tutduğu sürücü ayıq çıxdı - Qalmaqal - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Protokolla tibbi arayış uyğun gəlmir - "Qanunsuz cərimə olunmuşam"

Oruc Ahalov yol polisi tərəfindən qanunsuz olaraq 400 manat miqdarında cərimə olunduğunu iddia edir. O bildirir ki, Nərimanov rayonu ərazisində əks zolağa daxil olduğu üçün 99-YP- 267  dövlət qeydiyyat nömrə nişanlı yol polisi avtomobili onu saxlayıb. Bu zaman əməkdaşlar ona içkili olub-olmadığını yoxlamaq üçün alkotestrdən kəçməyi bildiriblər. Testdən keçdikdə isə sərxoş olduğu deyilib. Oruc Ahalov yol polisinə içkili olmadığını və tibbi müayinədən keçməyi tələb edib. Ancaq onun idarə etdiyi 99-KJ-075 dövlət qeydiyyat nömrə nişanlı yük maşını cərimə meydançasına aparılıb. Sürücüyə alkoqoldan istifadə etməməsini sübut edən sənəd təqdim edilib. Protokolda isə onun əks zolağa çıxmağı yox, məhz içkili vəziyyətdə avtomobil idarə etdiyiinə görə cərimələndiyi əksini tapıb. O, cəriməni ödədikdən sonra avtomobili cərimə meydançasından çıxarıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücü idarəyə şifahi və ya yazılı müraciət etməlidir. Bundan sonra problem araşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh