Banka satmağa verdiyi maşın yoxa çıxdı - VİDEO

Xəbərlər 18 Noyabr 2016 23:48 Oxunub 2919
Banka satmağa verdiyi maşın yoxa çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkmiş məhkəməyə müraciət etməklə hətta təzminat da tələb edə bilər

Səidə Həsənova 2012-ci ildə bankların birindən 3 illik kreditlə avtomobil alıb. Avtomobilin ilkin ödənişi üçün 3000 manat, 24 ay ərzində isə ümumilikdə 18 min manat pul ödəyib. Daha sonra isə kreditin aylıq ödənişini edə bilmədiyindən avtomobili satmaq qərarına gəlib. Maşının dövlət nömrə nişanını itirdiyindən satışı bankın həyata keçirməsini istəyib və avtomobili banka təhvil verib. Bank faizlərin dondurulduğu haqqında müqaviləyə dəyişiklik edib və ən qısa zamanda avtomobilin satılacağına dair sənəd verib. Əldə edilən məbləğdən ümumi borc çıxıldıqdan sonra qalıq ona qaytarılmalı idi. 61 yaşlı Səidə Həsənova 2 ilə yaxındır nə avtomobilini, nə də pulunu bankdan ala bilib.  

Mütəxəssislərə görə, bank Səidə Həsənovanın iştirakı ilə avtomobili başqa bir şəxsə satılmalı idi. Yaxud da məhkəmə qərarı ilə nəqliyyat vasitəsi  ən yüksək məbləğdə hərraca çıxarılmalı, satış qiymətindən ümumi borc çıxdıqdan sonra qalan məbləğ şəxsə qaytarılmalı idi.

Bank mütəxəssisi Anar Ramazanov deyir ki, bu halda zərərçəkmiş məhkəməyə müraciət etməklə hətta təzminat da tələb edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh