Belə intizamsız sürücülər varkən DYP nə etsin – BİABIRÇI VİDEO

Avtoxəbər 13 Sentyabr 2014 12:11 Oxunub 3129
Belə intizamsız sürücülər varkən DYP nə etsin – BİABIRÇI VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinə qarşı saysız-hesabsız tələblər irəli sürənlər onlardan tələb olunanları unudurlar

Bizim sürücülərin maraqlı bir xüsusiyyəti var; bir hadisə baş verən kimi, yolda sıxlıq yarandıqda «Yol polisi hara baxır» deyib, müxtəlif səpkili tələblər səsləndirirlər. Bu hələ həmin tələblərin yüngül formasıdır. Bəzən elə ağlasığmaz tələblər də eşidirik ki, bunun heç yol polisinə aidiyyatı da olmur. Həmin sürücülərin tələb etmək haqqını əlindən almaq istəmirik. Heç Dövlət Yol Polisini də müdafiə etmirik. Amma bu videomaterialı izləyəndən sonra bir fikir formalaşır ki, DYP-dən çox hey tələb edən sürücülər nə üçün DYP-nin, daha doğrusu, qanunun tələblərini yerinə yetirmirlər? Biz həmişə sürücü mədəniyyətindən danışırıq. Bu kadrlara diqqətlə baxın. Burada sürücü mədəniyyətindən əsər-əlamət varmı? Diqqət edin görək heç olmasa iki maşın ard-arda normal dayana bilibmi? Xeyr! Hərə bir cür dayanıb, biri aya baxır, biri çaya. Başqasının yoluna soxulanlar, qarşı yola çıxanlar isə saysız-hesabsızdır. Buyurun, elə həmin yerdə DYP əməkdaşları dayanıb yolda hərəkəti tənzimləyir, tıxacın qarşısını almağa çalışırlar. Bəs sürücülər nə edirlər? Gəlin, bu suala elə bu kadrları izləyəndən sonra birlikdə cavab verək. Nədən bizim tələblərimiz çox olur, amma bizdən tələb olunan kiçik məsələləri nəzərə almarıq? Həmin o kiçik məsələ sadəcə və sadəcə qanunlara əməl etməkdir. Yolda bir balaca sıxlıq yaranan kimi başqasının yoluna çıxmaq olmaz. Qarşı yola çıxmaq qəza şəraiti yaradır. Avtomobilin yolda zolaqlar üzrə yerləşdirilməsi sürücünün borcudur. Nizamlanmayan yolayrıclarında yol polisi əməkdaşının işarələrinə əməl etmək lazımdır. Gəlin, tələb etdiklərimiz kimi, bizdən tələb olunanlara da əməl edək! Yəni, mədəni olaq!

Avtosfer.az saytı bu videonu ona görə təqdim edir ki, bu cür situasiyalara düşüb qarmaqarışlıq yaradanlar özlərinə kənardan baxıb nəticə çıxarsınlar. Belə olmaz, dostlar! Bu, həm təhlükəlidir, həm də sürücü mədəniyyətinin aşağı olmasını göstərir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Turan 10 Noyabr 2014 22:55
Deyimmi ne etsin O yola ayrici zilaqlar ceksin, polisn neferi qoysun ve s. problemin azi 50-i DYP-dedir
etibar 10 Noyabr 2014 22:55
Bu yaxınlarda Gürcüstanda oldum.Orda tıxac görmədim.Nədən Sürücü mədəniyyətinin yüksək olmasından,qanunların düzgün işləməsindən.Orda ayrıcı xətt olmayan yolda da sürücülər yaxşı bilir ki, bu yol iki cərgə nəqliyyat üçündür.Ayrıcı xətti tapdayıb 3-cü cərgə yaradan sürücülər dərhal yol polisi tərəfindən ciddi cəzalandırılır.
Etibar 10 Noyabr 2014 22:55
Görünür doörudan da bizdə bütün yollara arakəsmə qoyulmalıdır.Başqa əlac yoxdur.Əvvəllər həmişə Laçın ticarət mərkəzi ilə Xalqlar dostluğu körpüsü arasında güclü tıxac olardı.Sonradan oraya arakəsmə qoyulandan sonra bu problem həll olunub.Görünür hər tərəfdə arakəsmə olmalıdır.