Robot insana zərər yetirdi - FOTO

Texnologiya 19 Noyabr 2016 13:00 Oxunub 1847
Robot insana zərər yetirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Robotun yaradıcıları isə baş verənlərin səbəbini anlamadıqlarını bildiriblər

Çində dünyada ilk dəfə robotun insana zərər vurması hadisəsi qeydə alınıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, insident Quandun əyalətində keçirilən IT sərgisində baş verib. İnternet istifadəçiləri artıq hadisəni “robotların üsyanı” adlandırıblar.

 Sözügedən robot zahirən “Ulduz müharibələri” filmindəki “R2-D2”yə bənzəyib. O sərgidə olan  4-12 yaşlı uşaqları təlimatlandırmalı və qonaqları əyləndirmək olub. Bunun əvəzinə “droid” yaxınlıqdakı stendi dağıdıb. Əməkdaşlardan biri onu saxlamağa çalışan zaman robot onun ayağının üzərindən keçib. Zədəsi ciddi olan şəxs xəstəxanaya yerləşdirilib.

Robotun yaradıcıları isə baş verənlərin səbəbini anlamadıqlarını bildiriblər.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh