Azərbaycanda avtoxuliqanlarla 1 il həbs verilə bilər

Yazarlar 23 Aprel 2014 00:00 Oxunub 1843
Azərbaycanda avtoxuliqanlarla 1 il həbs verilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat Çingiz Qənizadədə parlamentə il ərzində iki dəfə «avtoş»luq edənlərə 1 il həbs cəzası verilməsinə dair təklif verib

Milli Məclisin deputatı Çingiz Qənizadə qanunvericilk təşəbbüsü ilə çıxış edərək parlamentə yeni qanun layihəsi təqdim edib. Həmin layihədə avtoxuliqanlıq əməlinə görə daha ağır cəzanın tətbiqi nəzərdə tutulur. Bu barədə avtosfer.az-a millət vəkilinin özü məlumat verib. Çingiz Qənizadə bildirib ki, avtoxuliqanların həbs müddəti artırılmalı və daha sərt olmalıdır: «Mən qanunvericilik təşəbbüsümdən istifadə edərək Cinayət Məcəlləsinə yeni bir maddənin salınması ilə bağlı təklif vermişəm. Belə hesab edirəm ki, il ərzində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslər barəsində ikinci dəfə avtoxuliqanlığa görə təkrar məsuliyyətə cəlb edilirsə, bunun Cinayət Məcəlləsinin «xuliqanlıq» maddəsi ilə tövsif olunmasını və onların 1 ilə qədər həbs olunmasının tərəfdarıyam. Bu təklifim müvafiq qurumlara göndərilib. Yəqin ki, həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyində, həm də prokurorluqda buna baxılacaq və müəyyən rəylər toplandıqdan sonra bu məsələ Milli Məclisdə müzakirə çıxarılacaq».

Millət vəkili bildirib ki, belə bir təşəbbüslə çıxış etməsinin başlıca səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarını intensiv və mütəmadi olaraq pozmaları, hətta, il ərzində eyni əməli bir neçə dəfə törətməlidir. Ən əsası isə yol qəzalarının və bu qəzalarda həlak olanların sayının artması da deputatı belə bir təşəbbüslə çıxış etməyə vadar edib: «Qəzaların, tıxacların qarşısını almaq üçün belə bir təşəbbüslü çıxış etmişəm. Çünki avtoşlar da yolun əks istiqamətinə çıxdıqda böyük tıxacın yaranmasına səbəb olurlar. Onların qarşısını almaq məqsədilə inzibati cəzalardan cinayət məsuliyyətinə keçməyin tərəfdarayım və belə bir təkliflə çıxış etmişəm». Yeri gəlmişkən, bu yaxınlarda İnzibati Xətalar Məcəlləsinin 296-1, yəni «avtoxuliqanlıq» maddəsinə dəyişiklik edilib. Bundan sonra avtoxuliqanlıq əməlinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ 1il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunacaq. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə ediləcək və ya sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla şəxsə qarşı 1 aydan 2 ayadək inzibati həbs tətbiq ediləcək.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh