AA-001 seriyalı avtomobil qaydanı kobud şəkildə pozdu - VİDEO

Xəbərlər 19 Noyabr 2016 20:00 Oxunub 7619
AA-001 seriyalı avtomobil qaydanı kobud şəkildə pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb

Daha bir icra başçısının xidməti maşını qayda pozarkən kameraya düşüb. Avtosfer.az xəbər verir ki, a24.az-ın redaksiyasına Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobilinin qayda pozuntusuna yol verdiyi barədə videokadr daxil olub. Redaksiyamıza videokadrları təqdim edən vətəndaş bildirdi ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib. “Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksət sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.

Həmin videosujeti təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh