Kompressoru vertolyotun, sükanı isə ortada - Qeyri-adi avtomobil - VİDEO

Avtodünya 19 Noyabr 2016 23:01 Oxunub 4282
Kompressoru vertolyotun, sükanı isə ortada - Qeyri-adi avtomobil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil 100 km-ə 9 litr benzin yandırır

Avtomobilin sükanı solda yox, ortadadır, hər iki tərəfində isə bir oturacaq var... 73 yaşlı Fərhad İsmayılov, öz layihəsini sovet maşını olan “LuAZ” üzərində həyata keçirib. Avtomobil 100 km-ə 9 litr benzin yandırır. Maşın texniki baxışdan da keçib. Fərhad İsmayılov, onun çaydan da rahatlıqla keçmə qabiliyyətinin olduğunu iddia edir. Xarici görnüşünə görə fərqlənən bu “Katamaran” da ixtisasca mühəndis olan Fərhad İsmayılovun əl işidir. Bu ixtirasına isə o, 1 ildən çox vaxt sərf edib.

“Romantik” adını verdiyi mühərrikli bu gəmi isə həm gəzinti, həm də balıq tutmaq üçün çox sərfəlidir. Mühərrik xarab olduğu təqdirdə avarlardan istifadə etmək olar. Fərhad İsmayılov hazırda yeni ixtirası üzərində “baş sındırır”. Digər ixtiraları kimi buna da patent ala bilsə, neftin Xəzər dənizinin ekologiyasına vurduğu ziyanın kəskin azalda biləcəyini iddia edir. Hətta əldə edilən neftin emalı da mümkün ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh