Dövlət tərəfindən 19 avtomobil ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Avtobazar 19 Noyabr 2016 23:59 Oxunub 10977
Dövlət tərəfindən 19 avtomobil ucuz qiymətə satışa çıxarıldı -  SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Komitəsi yeni hərracların vaxtını açıqladı

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Avtosfer.az xəbər verir ki, bu dəfə  13 və 20 dekabr 2016-ci il tarixlərdə hərraca çıxarılan 19 nəqliyyat vasitəsi haqqında məlumatlar açıqlanıb. Müxtəlif dövlət qurumlarına məxsus avtomobillərin bir çoxu təkrar hərraca çıxarılıb. Avtosfer.az həmin avtomobillərlə bağlı məlumatları və siyahını təqdim edir:

Qeyd: 1-8-ci sətirdə Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

9-cü sətirdə Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

10-cu sətirdə Dövlət Neft Fondunun balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır 

11-12-ci sətirdə Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

13-cü sətirdə Zəngilan rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

14-cü sətirdə “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

15-ci sətirdə Laçın rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

16-cı sətirdə Daxili İşıər Mazirliyi Daxili Qoşunların Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh