"BMW" 7-ləri bəyənmədilər- 22,5 min avtomobil geri çağırıldı

Avtobazar 20 Noyabr 2016 11:03 Oxunub 4161
"BMW" 7-ləri bəyənmədilər- 22,5 min avtomobil geri çağırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərdə təhlükəsizlik yastıqlarının elektron idarəetmə blokunda probem olduğu bildirilir

Çinin keyfiyyətə nəzarət üzrə dövlət idarəsi 22,5 min BMW avtomobilinin geri çağırılması ilə bağlı qərar qəbul edib. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, geri çağırılan avtomobillərdə təhlükəsizlik yastıqlarının elektron idarəetmə blokunda probem olduğu bildirilir. İdarənin məlumatında qeyd olunur ki, həmin blokun düzgün işləməməsi səbəbindən qəza zamanı sürücünün və sərnişinlərin həyatına təhlükə yarana bilər. Məlumatda qeyd olunur ki, geri çağırılan BMW firmasının 7-ci seriyasından olan 17327 avtomobilə, həmçinin 5-ci seriyadan olan 5216 avtomobilə şamil olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh