NASA-nın canlı yayım videosunda uçan boşqab göründü: Yayım dayandı

Texnologiya 21 Noyabr 2016 12:10 Oxunub 3869
NASA-nın canlı yayım videosunda uçan boşqab göründü: Yayım dayandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu iddialar gündəmin qarışmasına səbəb oldu

Kosmosdan tez-tez canlı yayım edən NASA-nın bir canlı yayımı sırasında bilinməyən bir cisim kadra girdi və NASA bu vəziyyətdə canlı yayımı davam etdirməyib dərhal saxladı. Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, təyin oluna bilməyən uçan cisimlər ya da digər bir deyimlə Uçan Boşqablar bəlkə də yadplanetlilərin var olduğu barədə insanoğlunun çatmış olduğu ən böyük sübutdur. Hər il dünyanın fərqli bölgələrindən minlərlə Uçan Boşqab gördüyünü idda edən insan xəbəri gəlir və gün keçdikcə yadplanetlilərin varlığını sübut etməyə yarayan müxtəlif ipucları ələ keçirilir.

Bütün bunlardan əlavə ən böyük iddia isə NASA-nın yadplanetlilərlə əlaqə qurmağa çalışdığı və müxtəlif tədqiqatlar apararkən dünyadakı insanlara yadplanetlilərin varlığıyla bağlı heçbir şey demədiyidir. 

Bu iddia danışılmağa davam edərkən mütəxəssislərə görə iddianı dəstəkləyən bir hadisə keçdiyimiz günlərdə yaşandı. NASA-nın 7/24 davam etdirdiyi canlı yayımı sırasında bir cismin sürətlə uçduğu görüldü və heçkim fərqinə varmadan NASA tərəfindən canlı yayım dayandırıldı. Yayımda texniki bir problem olduğu ilə bağlı mesaj paylaşıldı. Yayım kəsilmədən əvvəl qısa müddət ərzində görünən bu cismin bir Uçan Boşqab olduğu iddiası irəli sürüldü. Bu iddialar gündəmin qarışmasına səbəb oldu.

Açığı yayım davam edərkən bu obyekt çox da gözə çarpmır, aşağıdan siz də yayımı izləyib belə bir əşya görüb-görmədiyinizi Facebook səhifəmizdə uyğun paylaşımdakı şərh qismində bizimlə paylaşa bilərsiniz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh