"Tesla Motors"un yeni nəsil avtopilot sistemi təqdim edildi - VİDEO

Avtodünya 21 Noyabr 2016 11:44 Oxunub 1682
"Tesla Motors"un yeni nəsil avtopilot sistemi təqdim edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yerində oturmuş şəxs yalnız ABŞ qanunvericiliyinə görə avtomobildə iştirak edir

"Tesla Motors” özünün avtopilot sisteminin yeni videosunu təqdim edib. Videoda şirkətin yeni tamamilə avtonom avtopilot sistemi təqdim edilib. Həmin sistem, şirkətin bütün avtomobillərində mövcuddur. Videonun başlığında qeyd olunub ki, sürücü yerində oturmuş şəxs yalnız ABŞ qanunvericiliyinə görə avtomobildə iştirak edir. Belə ki, avtomobilin idarəolunmasında o, iştirak etmir. Bu halda avtomobil rahatlıqla şəhər yollarında hərəkət edib və özü avtomatik olaraq avtomobili park edib. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin yeni avtonom sürmə sistemi 12 kameradan ibarətdir. Həmin 12 kamera birlikdə 360 dərəcəlik görüntü təmin edir. Həmçinin sistemi tamamlayan 12 ədəd ultrasəs ötürücüsü və avtomobilin ön hissəsində olan radardır. Həmin radar güclü yağış, qar, toz və qatı duman zamanı avtopilot sisteminə öz köməkliyini göstərir. İlk öncə ikinci nəsil avtopilot sistemi yalnız fon rejimində çalışaraq avtomobilin idarəolunmasına qarışmayacaq və ona lazım olan məlumatları yığacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh