Formula 1 Avropa Qran Prisinə həsr olunmuş tədbir keçirilib

Avtoreyd 21 Noyabr 2016 15:48 Oxunub 1486
Formula 1 Avropa Qran Prisinə həsr olunmuş tədbir keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arif Rəhimov Formula 1 Avropa Qran Prisi yarışı haqqında geniş video təqdimat keçirib

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin və ISEFAC Biznes Məktəbinin Nitsa filialının birgə təşkilatçılığı ilə Formula 1 Avropa Qran Prisiniə həsr olunmuş konfrans keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə bu ilin 19 iyun tarixində Formula 1 Avropa Qran Prisinə ilk dəfə ev sahibliyi edən Bakıda yarışın təşkili işində əldə olunmuş təcrübə, xüsusilə də şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məsələləri ətrafında müzakirələr aparılıb. Konfransın əsas məruzəçisi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) baş icraçı direktoru Arif Rəhimov olub.

Konfransa ISEFAC Biznes Məktəbinin marketinq və idman tədbirləri üzrə ixtisaslaşan tələbələri, həmçinin, Nitsa və ətraf regiondan olan bir sıra təhsil mütəxəssisləri də daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Arif Rəhimov Formula 1 Avropa Qran Prisi yarışı haqqında geniş video təqdimat keçirib. Təqdimatda halqa üçün inşa edilmiş infrastrukturun fotoşəkilləri və tədbirin özünü nümayiş etdirən video çarxlar da göstərilib. 

Xeyriyyə konsertində Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab akkordion ifaçısı Ənvər Sadıqovla birgə duetlə çıxış edib. Onlar bunu Nitsada baş vermiş dəhşətli terror hadisəsi qurbanlarının xatirəsinə həsr edib. Konsert zamanı Nitsa regionunda uşaq layihələri üçün 2 500 avro toplanıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh