Polis rəisinin və biznesmen qadının avtobusları Bakıda belə «at oynadır» - VİDEO

Xəbərlər 12 Sentyabr 2014 23:44 Oxunub 4244
Polis rəisinin və biznesmen qadının avtobusları Bakıda belə «at oynadır» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
193 və 88 saylı avtobuslar hər gün qarşı yola çıxaraq qəza şəraiti yaradır

Bu kadrlar sentyabrın 11-də, günün ikinci yarısında Bakının Səbail rayonu ərazisində çəkilib. Neftçilər prospektində, «Dağla» Plazanın qarşısında yaranmış tıxac zamanı 88 və 193 saylı marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət etməklə qəza şəraiti yaradıblar. Bütün bunlar isə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameralarının qarşısında baş verib.

Avtosfer.az saytına bu videonu göndərən Orxan Məmmədov bildirib ki, daim Bayıl qəsəbəsi tərəfə gedir və geri qayıdanda, yəni üzü şəhərə tərəf gələndə tıxaca düşür: «Hamı kimi mən də asta-asta gedirəm və maşın cərgəsində öz yolumla hərəkət edirəm. Lakin bu videodakı avtobuslar sürətlə və əks yola çıxaraq hərəkət edirlər. Xahiş edirəm, bunların barəsində ölçü götürülsün».

Avtosfer.az saytı bildirir ki, hər gün günün ikinci yarısında Səbail rayon Yanğından Müşahizə İdarəsinin qarşısından Azneft meydanına qədər tıxac yaranır və avtobuslar da bu zaman qarşı yola çıxaraq hərəkət edirlər. 88 və 193 saylı marşrut avtobuslarının bu cür qayda pozuntuları hər gün təkrar olunur.

88 saylı marşrutun Bakının polis bölməlirindən birinin rəisinə məxsus olduğu bildirilir. 193 saylı marşrut isə «Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovaya məxzsusdur.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh