London meri "Volkswagen" şirkətindən 2.5 milyon funt tələb edib

Qaydalar 21 Noyabr 2016 20:30 Oxunub 1563
London meri "Volkswagen" şirkətindən 2.5 milyon funt tələb edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Londonda çirklənmiş hava səbəbindən 9 min sakin xəstələnərək dünyasını dəyişir

London meri Sadik Xan Almaniyanın "Volkswagen" avtomobil şirkətindən təzminat tələb edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, dizel skandalına görə şirkət 2.5 milyon funt sterlinq cərimə ödəməlidir. 2015-ci ilin sentyabr ayında da ABŞ "Volkswagen" şirkəti dizel avtomobillərin proqram təminatı ətraf mühitə atılan tullantıların miqdarını azaltdığı səbəbilə ittiham edilmişdi. Şirkətə qarşı istintaqa Avropa və Asiyalı mütəxəssislər cəlb edilib.

Sadik Xan isə şirkətə ünvanladığı məktubda bildirib: "Mən şirkət tərəfindən uyğun addımlar gözləyirəm. Minlərlə London sakininə dəyən ziyan ödənməlidir. London sakinləri bu avtomobilləri alsalar da, maşınlar şəhərin havasına mənfi təsir göstərir". Merin bildirdiyinə görə, şirkətdən alınan vəsaitlər məktəb və çirkli rayonlarda havanın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı yeni proqramın maliyələşdirilməsinə sərf ediləcək.

Qeyd edək ki, Londonda çirklənmiş hava səbəbindən 9 min sakin xəstələnərək dünyasını dəyişir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh