Qəza törədib, amma dəymiş ziyanı ödəmir - VİDEO

Xəbərlər 21 Noyabr 2016 23:15 Oxunub 1493
Qəza törədib, amma dəymiş ziyanı ödəmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkmiş sürücü hadisəni törədən şəxsdən avtomobilinin təmir edilməsini tələb edib

Bir neçə gün əvvəl Bakıda Nizami rayonunda kiçik bir yol-nəqliyyat hadisəsi baş verib. Zərərçəkmiş sürücü, hadisəni törədən şəxsdən avtomobilinin təmir edilməsini tələb edib. Amma qəza törədən sürücü bundan imtina edərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş sürücünün şikayəti ilə həmin şəxs saxlanılıb. Amma o, yol polis şöbəsində qəza törətdiyinə görə cərimə edildikdən sonra sərbəst buraxılıb. Bəs belə olduqda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? Sürücü Rüstəm Məmmədov dərhal avtomobildən enib, hadisəni törədən sürücüdən avtomobilinin təmir etdirməsini tələb edib.

Tərəflər razılığa gəlmədiyindən zərərçəkmiş Rüstəm Məmmədov hadisə yerinə polis çağırmaq istəyib. Bu zaman həmin qəza törədən sürücü hadisə yerindən uzaqlaşıb.

Avtomobil qəzalı vəziyyətdə olduğundan əlacsız qalan sürücü özü təmir etdirib. Onun sözlərinə görə servisdə təmirə 350 manata yaxın xərci çıxıb və bunu sübut edəcək sənədi də var. Bəs belə olduqda sürücü dəymiş ziyanı necə ödətdirməlidir?

Vəkil Paşa Səfərovun sözlərinə görə, belə olduqda sürücü yol polisindən qəzanı törədən sürücünün inzibati xəta haqqında müvafiq qərarı almaqla onun qeydiyyatda olduğu rayon və ya şəhər məhkəməsinə müraciət edə bilər.

Məhkəmə işə baxdıqdan sonra təbbi ki, qəza törədən sürücüyə dəymiş ziyanı ödəməsi barəsdə qərar verəcək. Əgər sürücü bundan da boyun qaçırarsa, məhkəmə işi icra xidmətinə göndərməklə dəymiş ziyanı ödətdirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh