Maşına həbs qoyulub, cərimə hər gün artır - VİDEO

Qaydalar 21 Noyabr 2016 23:18 Oxunub 1660
Maşına həbs qoyulub, cərimə hər gün artır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Banklarda borcunu ödəməyə dəfələrlə cəhd etsə də, adında heç bir cərimə borcu göstərilmir

Seymur Aslanov iyul ayında təhlükəsizlik kəmərini taxmadığı üçün cərimə olunub. Elə yerindəcə protokol tərtib olunub. Amma sürücü cəriməni ödəmək üçün dəfələrlə banka müraciət etsədə onun adında heç bir cərimənin göstərilmədiyini deyiblər. İndi isə Seymur Aslanov öyrənib ki cəriməsi 40 manatdan artaraq 64 manat olub. Üstəlik avtomobilinə də həbs qoyulub.

Maraqlısı budur ki, onun cəriməsi yenə də sistemdə yoxdu. O, banklar vasitəsi ilə cəriməni ödəyə bilmir.

Məsələylə bağlı yol hərəkəti qaydalaraı üzrə ekspert ərşad Hüseynov yerindəcə yazılmış cərimələrdə bu kimi problemlərinm çox olduğunu və ümumiyyətlə, cərimələrin ən qısa zamanda istənilən bankda ödəmənin təmin edilməli olduğunu bildirdi.

Belə olan halda sürücü cəriməni 3 gün ərzində ödəyib 10 faiz güzəşt hüququndan da istifadə edə bilmir. Ekspert deyir ki, sürücü cəriməni hər hansısa bankda ödəyə bilmədikdə ona heçbir əlavə cərimə yazıla bilməz. Əgər faiz yazılıbsa belə bu, qanunsuzdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh