Baş nazirinin avtomobil karvanı qəzaya düşdü

Avtodünya 22 Noyabr 2016 11:24 Oxunub 1336
Baş nazirinin avtomobil karvanı qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı xəsarət alan olmayıb

Nazirlərdən ibarət nümayəndə heyəti ilə İsrailə səfər edən Polşa baş nazirinin avtomobil karvanından olan bir neçə maşın Təl-Əviv hava limanından Yerusəlimə gedən yolda bir-biri ilə toqquşub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin mətbuat katibi Rafal Boxenek məlumat verib. O, hadisə zamanı heç kimin xəsarət almadığını, həmçinin baş nazir Beatu Şidlonu aparan maşının qəzada iştirak etmədiyini bildirib. Rafal Boxenek qeyd edib ki, qəza zamanı nümayəndə heyətini aparan bir neçə mikroavtobus toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh