Avtobus sürücüsü qoşa xətti keçdiyi üçün işdən qovuldu - FOTO

Qaydalar 22 Noyabr 2016 11:34 Oxunub 3316
Avtobus sürücüsü qoşa xətti keçdiyi üçün işdən qovuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik bu kimi hallarla bağlı iradları, təklif və şikayətləri qəbul edir

Paytaxtda avtobus sürücüsü işdən azad edildi. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) trend-ə verilən məlumata görə, 20 saylı marşrutla bağlı daxil olan şikayət və fotoşəkillər əsasında "10-TG-704" seriyalı avtobusun sürücüsü A.Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara mütəmadi yol verdiyi üçün Agentliyin iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib. BNA qeyd edir ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir. Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. Agentlik bu kimi hallarla bağlı iradları, təklif və şikayətləri qəbul edir.

 

Emin

http://cdn.trend.az/media/pictures/2016/11/22/avtobus_221116_02.jpg

http://cdn.trend.az/media/pictures/2016/11/22/avtobus_221116_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh