Bakıda 4 ağır yol qəzasının YENİ VİDEOsu – ÖZƏL

Avtoxəbər 13 Sentyabr 2014 02:19 Oxunub 2756
Bakıda 4 ağır yol qəzasının YENİ VİDEOsu – ÖZƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələ də qırmızı işıqdan keçənlər, sürət həddini aşanlar və dönmə əməliyyatını düzgün aparmayanlar var

Avtosfer.az saytı Bakıda baş vermiş daha 4 ağır yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzalardan birincisi Bakıxanov küçəsində baş verib. Yüksək sürətlə hərəkət edin boz rəngli avtomobil svetoforun qırmızı işığından keçərək öz yolu ilə hərəkət edən ağ rəngli avtomobili vurur. Zərbənin təsirindən hər iki avtomobilin ön tərəfi əzilir.

Digər yol qəzası isə Böyükşor yolunda qeydə alınıb. Avtomobillərin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi ağır qəzaya səbəb olur. Toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü idarəetməni itirir və maşınlar bir neçə metr fırlanaraq səkiyə və mühafizə dirəklərinə çırpılıb dayanarlır. Əlbəttə, bu qəzanın ağırlıq dərəcəsində sürət həddinin aşılması böyük rol oynayır. Aşağı sürətdə bu cür vəziyyət yaranmazdı.

Oxşar qəza Azərbaycan prospektində, Şahmat Klubun qarşısında da baş verib. Yolun sağdan ikinci zolağı ilə hərəkət edən qara rəngli «Mersedes» qəflətən sola dönür. Bu zaman dönmə işıqlarından istifadə etməyən avtomobili sol zolaqla düzünə hərəkət edən «Jeep» vurur və işıq dirəyinə sıxır.

Qeyd etmək lazımdır ki, burada hər iki sürücü düzgün mövqedə deyil. Kobud qayda pozuntusu ağır qəzaya səbəb oldu.

Sonuncu yol qəzasının başlıca səbəbi sürət həddinin aşılmasıdır. Qara rəngli «Mersedes» yüksək sürətlə hərəkət etdiyi üçün svetoforun qırmızı işığında dayanan maşınlardan yayına bilmir. Avtomobil əvvəlcə ağ rəngli «VAZ-2104»ə çırpılır. «04» isə qarşıdakı «Jeep»ə dəyir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh