Təyyarə illüminatorlarını sensorlu ekranlara çevirdilər - FOTO

Texnologiya 22 Noyabr 2016 12:53 Oxunub 2118
Təyyarə illüminatorlarını sensorlu ekranlara çevirdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texnoloji illüminatorlarla təyyarənin mərkəzində oturmuş sərnişinlər necə qarşılıqlı əlaqədə olacaqlar

"Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib. Acti-Vision Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran (maye kristallik) laylarından ibarətdir. Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək olar. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq. Tam aydın deyil ki, texnoloji illüminatorlarla təyyarənin mərkəzində oturmuş sərnişinlər necə qarşılıqlı əlaqədə olacaqlar. Həmin illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq olacaq.

http://technote.az/file/pic/xeber/2016-11/1479799275_download-1.jpg

http://technote.az/file/pic/xeber/2016-11/1479799186_download.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh