Qəsəbəyə giriş müşkülə çevrildi - VİDEO

Xəbərlər 24 Noyabr 2016 23:24 Oxunub 1862
Qəsəbəyə giriş müşkülə çevrildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Getdiyi yolun bağlı olduğunu görən sürücülər geri qayıdır

Getdiyi yolun bağlı olduğunu görən sürücü geri qayıdır. Bura Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsidir. Sabunçu körpüsünün düz yanına qədər gələn sakinlər Sabunçu qəsəbəsinin içinə, Zabrata və Bakıxanov qəsəbəsinə gedə bilmirlər. Çünki əvvəllər istifadə etdikləri yol indi bağlanıb. Sakinlərin yolunun bağlandığı hissə cəmi 100-150 metr aralıda yerləşir. Əgər bura hansısa işarə qoyulsa və ya digər tədbirlər görülsə, yolda hərəkəti bərpa etmək mümkündür.

Sakinlərin sözlərinə görə, bir çox sürücülər məcburən qadağan olunmuş yola girir və hərəkətinə davam edir. Buna görə də cərimə olunurlar.

İndi sakinlər aidiyyatı qurumların bu müraciətlərinə cavab verəcəkləri günü gözləyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh