100 faizlik qəza şəraitindən belə sağ çıxdılar - VİDEO

Avtoxəbər 14 Sentyabr 2014 03:03 Oxunub 2626
100 faizlik qəza şəraitindən belə sağ çıxdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Peşəkar olmasan belə, ən azından sükan arxasında ayıq-sayıq olmalısan

İzlədiyiniz bu kadrlar Rusiyada çəkilib və sürücülərin peşəkarlığını əks etdirir. Avtosfer.az-ın məlumatına görə, görüntülərin ikisində avtomobil sürücüləri, birində isə vertolyotun pilotu məharətini nümayiş etdirir. Bunlar, əslində öncədən planlaşdırılmış vəziyyət deyil. Sadəcə, digər avtomobillərdəki videoqeydiyyat cihazı vasitəsilə çəkilib və sosial şəbəkələrdə yayılıb.

Bu cür 100 faizlik qəza şəraitindən sağ qurtulmaq əsl peşəkarlıq tələb edir. Peşəkar olmasan belə, ən azından sükan arxasında ayıq-sayıq olmalısan. Axı, qəzalar bir neçə dəqiqənin, saatın içində baş vermir. Qəza bəzən bir neçə saniyənin, hətta, bir göz qırpımının ərzində baş verir. Bu o deməkdir ki, sükan arxasında bir an da olsun diqqəti yayındırmaq olmaz. Gözlənilməz hadisələrlə qarşılaşmağa hər an hazır olmaq və bu vəziyyətdən çıxmaq lazımdır. Ən azından, yüngül xəsarətlə ötüşməyin özü də bir peşəkarlıq və qəhrəmanlıqdır.

 

Nurlan

 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh