Piyada səkiləri zəbt edildi - Gediş-gəliş çətinləşdi - VİDEO

Qaydalar 24 Noyabr 2016 23:33 Oxunub 1538
Piyada səkiləri zəbt edildi - Gediş-gəliş çətinləşdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhəllədaxili küçələrdə piyada səkilərinin eni minimum1, 5 metr olmalıdır

Yolun kənarında piyadaların hərəkəti üçün nəzərdə tutulan səki zəbt olunub. Bəzi evlər və obyektlərin bir hissəsi səkinin üzərində tikilib. Nəticədə isə yol keçilməz vəziyyətə düşüb. Bura Xətai rayonu NZS qəsəbəsi Süleyman Əhmədov küçəsidir. Hər gün buradan keçən piyadalar özlərini risqə ataraq məcbur avtomobil yoluna çıxırlar. Üstəlik yaxınlıqda olan 194 nömrəli orta məktəbin şagirdləri də hər gün bu yoldan keçmək məcburiyyətində qalırlar.

Ekspert Ərşad Hüseynov isə deyir ki, sözügedən ərazidə Şəhərsalma və Tikinti Məcəlləsi'nin tələbləri pozulub. Qaydalara əsasən, məhəllədaxili küçələrdə piyada səkilərinin eni minimum 1,5 metr olmalıdır. Üstəlik, həmin yolla tikinti obyektlərinin arasında azı 3 metr məsafə olmalıdır.

Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov bildirdi ki, həmin ərazidəki evlər 20-30 il bundan əvvəl tikilib. Hələlik həmin evlərin piyada səkisinə düşən hissəsinin sökülməsi mümkün deyil. Yolun təmirinə isə nə vaxt başlanılacağı məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh