Gələn il Formula-1 Almaniya Qran Prisi keçirilməyəcək

Yarışma 25 Noyabr 2016 12:12 Oxunub 2143
Gələn il Formula-1 Almaniya Qran Prisi keçirilməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almaniya Qran Prisinin təqvimdən çıxması, Avropa Qran Prisi üçün yaxşı ola bilər

Yarışın keçirilib-keçirilməyəcəyi bilinmirdi və FİA-nın sentyabrda dərc etdiyi təqvimin ilkin versiyasındakı tarixi dəqiq təsdiq olunmamışdı. Avtosfer.az f-1.az-a istinadən xəbər verir ki, Əbu Dabidə Formula-1 yarışları üzrə 2017-ci ilin təqviminin yeni versiyası müzakirə olunub. Yeni təqvimin əvvəlki təqvimdən fərqi Almaniya Qran Prisinə yer verilməməsi olub – yarışın təşkilatçıları Berni Ekklstounla maliyyə məsələsində razılığa gələ bilməyiblər. Lakin belə görünür ki, Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır. Yeni təqvimdə Macarıstan Qran Prisi Almaniya Qran Prisi üçün təyin olunmuş günlərdə – 28-30 iyul tarixlərində keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır – sentyabrda Sepanqdakı yarışın Sinqapurdakı yarışdan əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.

Mövsümöncəsi testlərin tarixlərində isə dəyişiklik yoxdur. Əvvəl də bildirildiyi kimi, mövsümöncəsi ilk testlər 27 fevral – 2 mart aralığında, ikinci testlər isə 7-10 mart tarxilərində Barselonada keçiriləcək. Mövsümün gedişində daha dörd test günü olacaq, lakin harada keçiriləcəyi barədə hələ ki, bir razılıq əldə edilməyib.

Qeyd edək ki, Almaniya Qran Prisinin təqvimdən çıxması, Avropa Qran Prisi üçün yaxşı ola bilər. Beləki, Kanada Qran Prisindən sonra hər bir yarış bir həftə gec keçirilə bilər. Ona görə də Bakı Şəhər Halqasında növbəti yarışın daha rahat və Le Man yarışı ilə üst-üstə düşməməsi bu dəfə real görünür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh