Dünyanın ən sürətli elektrokarı - VİDEO-FOTO

Avtodünya 25 Noyabr 2016 12:21 Oxunub 2068
Dünyanın ən sürətli elektrokarı - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun qiyməti 1,2 milyon dollar təşkil edəcək

Çinin NextEV şirkəti dünyanın ən sürətli elektrokarı olan NIO EP9-u təqdim edib. Avtomobil 313 km/saat sürəti yığa bilir. Digər göstəricilərinə görə, NIO əsas rəqibi olan Tesla modelindən geri qalır. 100 km/saat sürəti elektrokar 2,7 saniyəyə yığır, Model S isə isə bu sürəti 2,5 saniyəyə yığır. Ancaq xarici görünüşcə NIO EP9 daha çox McLaren-ə bənzəyir. Bu, aqressiv kuzov xətləri və formaları ilə əsl sportkardır. NextEV gələcəkdə EP9-un avtopilotu olacağını da bildirir.

Şirkətin investorları arasında Lenovo və Tencent kimi iri şirkətlər var. Sportkarın nə vaxt satışa çıxarılacağı məlum deyil. Lakin onun qiyməti 1,2 milyon dollar təşkil edəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh