"Polis idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir" - ŞİKAYƏT + FOTO

Xəbərlər 25 Noyabr 2016 16:49 Oxunub 4643
"Polis idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir" - ŞİKAYƏT + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar hadisə yerinə "Mercedes" markalı 99 DH 636 saylı dövlət nömrə nişanı olan avtomobildə gəliblər

"Qardaşım Xəqani Balayevi vəhşicəsinə döyən 3 nəfərdən biri keçmiş idmançı Rza Xəlilovu istintaqa cəlb etmirlər". Avtosfer.az xəbər verir ki, bu barədə qaynarinfo.az-a mürciət edən Elnur Balayev bildirib ki, hazırda qardaşının durumu ağırdır: "Qardaşım Balayev Xəqani Qüvəd oğlu Bakı şəhəri, Binəqədi yolu, “Vel” adlı avtoservisdə motorist işləyir. 20 noyabr 2016-cı il tarixdə axşam radələrində qardaşım işlədiyi servisin qarşısında 3 nəfər şəxs tərəfindən vəhşicəsinə döyülüb. Döyülmə nəticəsində qardaşımın burunu və almacıq sümüyü sınıb, beyninə qan sızıb. Həmin axşam Xəqani 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib.  Hazırda da Xəqani xəstəxanadadır, onun vəziyyəti ağır olaraq qalır, yaxınları daxil olmaqla heç kimi tanımır, yemək yemir, əgər indiki durumdan çıxa bilsə, 3 dəfə əməliyyat olunacaq. Xəqaninin 3 nəfər tərəfindən döyüməsinin şahidləri avtoservisdə işləyən Bəhruz və Aslan adlı şəxslər olub. Onlar Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətti”nə hadisə barədə dərhal məlumat veriblər. Xəqaninin vəhşicəsinə döyülməsinə rəhbərlik edənlərdən biri keçmiş idmançı Xəlilov Rza Rəşid oğlu olub. 

Məlumat üçün deyim ki, bu keçmiş idmançı 2 dəfə adam döyməyə görə həbs olunub və azdlıqdan məhrum edilib. 

Onun idmançı olmağı ilə bağlı məlumat bu linkdə: 

Onlar hadisə yerinə "Mercedes" markalı 99 DH 636 saylı dövlət nömrə nişanı olan avtomobildə gəliblər. Hadisə ilə bağlı araşdırma aparmaq və cinayətkarları məsuliyyətə cəlb etmək Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməyib. Üstəlik, noyabrın 23-də zərərçəkmiş Xəqani Balayevin qohumlarına Xəlilov Rza Rəşid oğlunun özünün qohumu olduğunu bildirmiş, bununla da bu cinayət hadisəsinin üstünü ört-basdır etməkdə maraqlı olduğunu nümayiş etdirib.  Məsələ ilə bağlı 4 saylı bölmənin rəis müavininə şikayət edilsə də, o da hər hansı bir qanunauyğun tədbir görməkdən imtina edib. Belə görünür ki, keçmişç idmançı Rza Xəlilovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə polis tərəfindən şübhəli şəkildə himayə edilir".

 Elnur Balayev bildirdi ki, məsələ ilə bağlı artıq daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova şikayət ərizəsi ilə müraciət olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh