Təkcə nömrəsi 15 min manat olan “Chevrolet” Bakı küçələrində - FOTO

Avtodünya 25 Noyabr 2016 16:53 Oxunub 8551
Təkcə nömrəsi 15 min manat olan “Chevrolet” Bakı küçələrində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aygün Kazımova 90 minlik "Cabriolet”lə yenidən gecə gəzintisinə çıxıb

Xalq artisti Aygün Kazımova 90 minlik "Chevrolet Camaro Cabriolet”i ilə yenidən gecə gəzintisinə çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə axşam.az-ın fotokameralarına tuş gələn müğənni açılış mərasimlərindən birinə yollandığını deyib.

Yeri gəlmişkən xatırladaq ki, bu ilin əvvəlində "ATV maqazin 10larla” verilişinin "İnanmayacaqsınız” rubrikasında qonaq olan A.Kazımova "Səni belə sevmədilər” mahnısına klip çəkdirmək üçün avtomobilini satdığını demişdi. "Amma ayağım yerdə qalmayıb. Aparırlar-gətirirlər, taksi var” – deyən xalq artistinə verilişin yayımından bir gün sonra 90 000 dollar dəyərində "Chevrolet Camaro Cabriolet” hədiyyə etmişdilər.

Onu da əlavə edək ki, A.Kazımovanın avtomobilinin nömrəsinin qiyməti də 15 min manatdır. Belə ki, A.Kazımova 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün nə az, nə çox 15-20-min AZN-dən keçib.

http://az.baku.ws/uploads/posts/2016-11/1480076252_101129_a6wcag28wd.jpg

http://az.baku.ws/uploads/posts/2016-11/1480076211_101130_wsteotkdga.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh