Yol polisi vəkilə cərimə yazdı - Əlini sıxıb təşəkkür etdi - Bakıda

Yol polisi 5 Dekabr 2016 10:40 Oxunub 6605
Yol polisi vəkilə cərimə yazdı - Əlini sıxıb təşəkkür etdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asif Abdullayev: "Məni hələ bu cür gözəl cərimə edən olmamışdı"

Vəkil Asif Abdullayev yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşı tərəfindən saxlanılıb və cərimə edilib. Bundan əvvəl iki dəfə yol polisləri konflikt yaşayan vəkil Avtosfer.az-a bildirib ki, bu dəfə yol polisi əməkdaşının davranışı onda xoş təəssürat oyadıb: "Məni hələ bu cür gözəl cərimə edən olmamışdı. Bundan əvvəl cərimə edənlərin ikisi cəzalandırılıb. Gözəl davranış hər şeyi dəyişə bilər. Bu gün tələsdiyim üçün istəmədən qayda pozdum və yol polisi 60 manatlıq protokol tərtib etdi barəmdə. Mən hələ bu cür mədəni yol polisi görməmişdim. 99 YP-424, Müfəttiş - Pənahov Natiq. Bu insan mənə yaxınlaşıb çox mədəni şəkildə özünü təqdim edib, təlimata uyğun qaydada inzibati xəta barədə məlumat verdikdə qayda pozduğuma görə xəcalət çəkdim. Həmin müfəttiş tam olaraq Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinə uyğun davrandı. 

Protokol tərtib edəndən sonra onun əlini sıxıb təşəkkür etdim və onunla fəxr etdiyimi bildirdim.

Bəzi tanışlar soruşur ki, vəkili də cərimə edirlər ki? Vəsiqəni niyə göstərmirsən? Mən çalışıram belə hallara yol verməyim. Mümkün qədər çalışıram qayda pozmayım, pozduqda isə cəriməmi ödəyirəm və hansı peşənin sahibi olduğumu demirəm. Həqiqətən də yol polisinin davranışı çox önəmlidir. Məni yaxından tanıyan insanlar bilir ki, bir müddət öncə iki nəfər yol polisi barədə ciddi narazılığım var idi. Daxili İşlər Nazirliyinə bu barədə müraciət etdim. Cənab nazirin nəzarəti altında məsələ həllini tapdı və iki nəfər yol polisi məsuliyyətə cəlb edildi. 

Bu gün çox mədəni davranaraq mənə cərimə yazan yol polisi məni çox sevindirdi".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh