Bakıda yol kənarını bazara çevirib tıxac yaradırlar - VİDEO

Qaydalar 27 Noyabr 2016 01:28 Oxunub 1475
Bakıda yol kənarını bazara çevirib tıxac yaradırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd Təsərrüfatı Nazirliyi bunu məhsulun bolluğu ilə əlaqələndirir

Kənd təsərrüfatı mallarının satıldığı yarmarkaya aparan yol bazarı xatırladır. Yolun hər iki tərəfində məhsul satıldığından avtomobillərin hərəkəti çətinləşib və yolda tıxac əmələ gəlib. Avtosfer.az məlumat verir ki, görüntülər paytaxtın Binəqədi rayonu Koroğlu Rəhimov küçəsindəki yarmarkanın qarşısında çəkilib. Burada yaranan böyük sıxlıq ətrafda yaşayanların narahatlığına səbəb olur.

Bu yoldan keçən marşrut xəttlərinin sürücüləri də tıxaca görə hər gün qrafiklərinin pozulduğunu deyirlər. Satıcılar isə yarmarkanın içində yer olmadığı üçün məhsullarını yolda satmağa məcbur olduqlarını bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyi isə bu halı məhsulun bolluğu ilə əlaqələndirir.

Qeyd edək ki, yalnız həftəsonları fəaliyyət göstərən belə yarmarkalar şəhərin müxtəlif hissələrində təşkil olunur və əksəriyyətində vəziyyət eynidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh