“Formula 1”-in yeni çempionu: Niko Rosberq

Avtoreyd 28 Noyabr 2016 11:27 Oxunub 1522
“Formula 1”-in yeni çempionu: Niko Rosberq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niko Rosberq “Formula 1” tarixində titul qazanan 33 sürücüdən biri olub

“Mercedes AMG” komandasının almaniyalı sürücüsü Niko Rosberq Əbu-Dabi Qran Prisini ikinci yerdə başa vuraraq karyerasında ilk titulunu qazanıb.

Avtosfer.az f-1.az-a istinadən xəbər verir ki, Əbu-Dabiyə mövsümboyu titul uğrunda mübarizə apardığı Luis Hamiltondan 12 xal öndə gələn Niko Rosberq bu üstünlüyünü mövsümün son yarışında da qoruyub.

Bununla da Niko Rosberq Əbu-Dabi Qran Prisində ikinci olsa da, “Formula 1” üzrə 2016-ci ilin dünya çempionatını qələbə ilə başa vurub.

Yarışa pouldan başlayan Luis startda mövqeyini qoruyub. Yarışın sonuna qədər tempini artırmayan britaniyalı Nikonu ləngidərək rəqiblərin ona çatıb keçməsi üçün çalışsa da, buna nail olmayıb.

Niko Rosberq “Formula 1” tarixində titul qazanan 33 sürücüdən biri olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh