"Tesla" avtomobilini smartfon vasitəsilə necə oğurlamaq olar? - VİDEO 

Avtodünya 28 Noyabr 2016 20:00 Oxunub 2722
"Tesla" avtomobilini smartfon vasitəsilə necə oğurlamaq olar? - VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial mühəndislik üsullarından istifadə edərək hackerlər, Tesla sahibini zərərli tətbiqi öz smartfonuna yükləməsini məcbur edə bilər

"Promon” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri Tesla avtomobilinin oğurlanmasının yeni üsulunu təqdim ediblər. Avtosfer.az xəbər verir ki, yeni üsul, avtomobil sahibinin smartfonundan reallaşdırılır. Bunun üçün avtomobilin sahibi öz smartfonuna avtomobilin oğurlanması üçün hazırlanmış xüsusi tətbiqi yükləməlidir. Hər bir Tesla modeli üçün özünün tətbiqi hazırlanır (Android və iOS). Həmin tətbiq vasitəsilə avtomobilin harda yerləşdiyini müəyyən etmək, onun batareyasındakı enerji səviyyəsini yoxlamaq və s. olar. Lakin avtomobil sahibinin həyatını yüngülləşdirən bu tətbiqi asanlıqla hack etmək olar. Sosial mühəndislik üsullarından istifadə edərək hackerlər, Tesla sahibini zərərli tətbiqi öz smartfonuna yükləməsini məcbur edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh