Beş nəfərlik uçan taksilər - VİDEO

Texnologiya 29 Noyabr 2016 10:00 Oxunub 2478
Beş nəfərlik uçan taksilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fransa ekoloji və texnoloji yenilikləri birlikdə istifadə etməyə daha çox üstünlük verir

Fransa dünyada bir ilk olacaq uçan taksiləri sınaqdan keçirəcək. Belə taksiləri uçan deyil daha çox üzən taksi adlandırmaq daha məntiqlidir. Belə ki, belə taksilər suda üzərkən sürtünməni azaldacaq və günəş enerjisi ilə işləyəcək. Avtosfer.az xəbər verir ki, yeni taksilər 5 nəfəri daşımaq üçün nəzərdə tutulub. Şirkət gələcəkdə bu taksiləri böyük meqapolislərdə əhalinin sıx yerlərində istifadə etməyi planlaşdırır. Əslində bu Fransanın ekologiyanı mühafizə ilə əlaqədar ilk işi deyil. İnkişaf etmiş digər ölkələrdən fərqli olaraq Fransa ekoloji və texnoloji yenilikləri birlikdə istifadə etməyə daha çox üstünlük verir. Hətta ölkə gələcək illərdə plastik qabları tamamilə istifadədən qaldırmaq üçün qərarlar qəbul edib. Bu isə gələcəkdə Fransanın bu sahədə lider ölkələr siyahısına başçılıq etməsinə şərait yarada bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh