88-in sürücüləri çətin düzələr- VİDEO

Xəbərlər 15 Sentyabr 2014 23:51 Oxunub 1912
88-in sürücüləri çətin düzələr- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların özbaşınalığını əks etdirən yeni kadrlar yayıldı

Bakıda ən çox şikayət olunan, narazılıq yaradan, qəza törədən avtobusların önündə gedənlərdən biri də 88 saylı marşrutdur. Bu marşrutun sahibinin Bakıdakı polis bölmələrindən birinin rəisi olduğu bildirilir və sürücülərinin də əksəriyyəti mədəniyyətdən və sürücülük təcrübəsindən uzaqdırlar. Harada gəldi avtobus saxlayan, yolun əksinə çıxan, qəza şəraiti yaradan avtobuslar 88-də çoxdur. Sərnişinlər tərəfindən tənqid olunarkən ağır cavablar verən, söyüş söyən sürücülər də məhz 88 saylı marşrutda çoxluq təşkil edir. Sanki, onları seçib bu marşruta yığıblar. 

Samir Vəliyev adlı oxucumuzun Avtosfer.az-a göndərdiyi videogörüntüdə 88 saylı marşrut üzrə hərəkət edən 10 TG 833 dövlət nömrə nişanlı avtobusun kobud qayda pozuntusuna yol verdiyi əksini tapıb. Soldan sağa təhlükəli manevr edən avtobusda xeyli sərnişin də var. Onun ardınca isə başqa bir marşrut avtobusu hərəkət edir və o da soldan sağa qəflətən çıxaraq qəza şəraiti yaradır.

Maraqlıdır, görəsən, bu avtobusların sürücüləri sağa getməlidirlərsə, solda nə gəzirlər? Ümumiyyətlə, yük maşınları və avtobusların hərəkəti yalnız yolun sağı ilə olmalıdır axı. Bunu anlamaq üçün bu avtobusların sürücülərinə hansı dildə söz demək lazımdır?

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh