Sürücü sərxoş oldu, avtobusu gənc qız sürdü

Qaydalar 28 Noyabr 2016 13:25 Oxunub 1690
Sürücü sərxoş oldu, avtobusu gənc qız sürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qızlardan birinin D kateqoriyalı sürücülük vəsiqəsi var imiş

Gənc estoniyalı Triyn Kibur Tallin-Riqa marşrutu ilə hərəkət edən avtobusun sərxoş sürücüsü saxlanıldığı üçün sükan arxasına keçib. Pressday.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 26-da axşam Estoniyanın hüquq-mühafizə orqanlarına sürücünün yolda özünü şübhəli aparması haqda məlumat daxil olub. O, avtobusun birdən əyləcini basır və təhlükəli şərait yaradırmış. 

Polis Ecolines şirkətinə məxsus avtobusu Tartu-Pyarnu-İkla yolunda, Latviya sərhədinə 20 kilometr qalmış ərazidə saxladır. Məlum olur ki, 50 yaşlı kişi içkili vəziyyətdədir. O, araq içdiyini bildirir. Bu zaman avtobusun salonundakı qızlardan birinin D kateqoriyalı sürücülük vəsiqəsi olduğu ortaya çıxır. Nəticədə o sükan arxasına keçir və avtobusu Estoniya-Latviya sərhədinə qədər sürür. Üç saat gözləntidən sonra yeni avtobus gəlib və yolçular Riqaya gediblər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh