İki yaşlı uşaq qardaşını və anasını maşınla vurdu

Qaydalar 28 Noyabr 2016 19:10 Oxunub 1595
İki yaşlı uşaq qardaşını və anasını maşınla vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə uşağın anasının qucağında 1 yaşlı körpəsilə avtomobildən uşaq arabasını çıxaran zaman baş verib

Rusiyanın Primorsk rayonunda faciəvi hadisə baş verib. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, 2 yaşlı uşaq anasını və qardaşını "Toyota RAV4" markalı maşınla vurub. Bağ evinə gələn ailə bədbəxt hadisə ilə üzləşib. Atasının əşyaları evə aparmasından istifadə edən 2 yaşlı uşaq sükan arxasına keçib. O, maşının sürət qutusunda dəstəyi "parklama" vəziyyətindən "neytral" vəziyyətinə gəritib. Hadisə uşağın anasının qucağında 1 yaşlı körpəsilə avtomobildən uşaq arabasını çıxaran zaman baş verib. Geriyə doğru hərəkət edən avtomobil ana və körpəsini vurub. Nəticədə qadının qabırğası qırılıb və dizi zədələnib. Körpə isə alın nahiyəsindən zədə alıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh