Körpüdə dayanan bu şəxs sürücüləri güdüb polisə xəbər verir – Bakıda - FOTO

Yazarlar 29 Noyabr 2016 01:03 Oxunub 28427
Körpüdə dayanan bu şəxs sürücüləri güdüb polisə xəbər verir – Bakıda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Nömrəni YPX əməkdaşlarına ötürür, onlar da qarşıda saxlayıb avtoxuliqanlıqda günahlandırırlar»

Sosial şəbəkələrdə yayılan fotolar və məlumat sürücülər arasında çaşqınlıq yaradıb. Avtosfer.az-ın məlumatına görə, bildirilir ki, Bakıda körpülərin birinin üstündə dayanan mülkü şəxs körpüdən çıxan avtomobilləri izləyir, qayda pozanların nömrəsini qarşıda dayanmış yol polisinə ötürür və həmin avtomobil saxlanılır. Sürücüyə «avtoş» damğası vurulandan sonra maşın cərimə meydançasına aparılır. Lakin sürücülərin əksəriyyəti fakt, görüntü tələb etdikdə yol polisləri onları buraxır.

Feysbokda «9192» adlı səhifədə yayılan bu məlumatı Cavid İsmayılov adlı şəxs paylaşıb. Həmin məlumata yazılan şərhlərdə onlarla sürücü bunun həqiqət olduğunu və onların da başına belə hadisənin gəldiyini yazıb. Qeyd ediblər ki, onları əsasən DYP əməkdaşları saxlayır. Avtosfer.az yazını olduğu kimi təqdim edir: «Artıq bir neçə aydır şəhərdən üzü «Koroğlu» metrosu istiqamətində gedəndə Ziya Bünaydov (Dərnəgül şosesi) prospektində tunelin çıxışında yuxarı tərəfdə bir gənc durub avtomobilləri izləyir. Uzun müşahidələrimdən sonra məlum olub ki, bu gənc oradan baxır və düəgün manevr etməyən, azca sürətlə ötmə əməliyyatı edən şəxslərin nömrəsini YPX əməkdaşlarına verir. Onlar da qarşıda maşını saxlayıb avtoxuliqanlıqda günahlandırırlar. Görüntü tələb etdikdə təqdim edə bilmirlər və sürücüləri dəvət edirlər "rəislə" aydınlaşdırmağa. Bu adla maşını cərimə meydançasına salırlar və külli miqdarda pul tələb edirlər. Bu şəxs əsasən pik saatlarda orada dayanır».

Daha sonra bildirilir ki, həmin şəxs polis bölmələrindən birinin əməkdaşıdır və narkotik qəbul edənləri izləyir.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh