Sürücü cəriməni ödəməmək üçün yol polisinə qarşı görün nələr etdi - VİDEO

Yazarlar 29 Noyabr 2016 16:20 Oxunub 23544
Sürücü cəriməni ödəməmək üçün yol polisinə qarşı görün nələr etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəriməni ödəməmək və işdən çıxmaq təhlükəsindən sovuşmaq istəyən sürücü ağlasığmaz üsullara əl atıb

Bir neçə gün əvvəl sürücü Oruc Ahalov Xəzər TV-yə müraciət edərək yol polisi tərəfindən qanunsuz olaraq 400 manat cərimə olunduğunu iddia etmişdi. Bildirmişdi ki, Nərimanov rayonu ərazisində əks zolağa daxil olduğu üçün 99-YP- 267 dövlət qeydiyyat nişanlı DYP avtomobilində xidmət aparan inspektorlar onu saxlayıb. Bu zaman əməkdaşlar ona içkili olub-olmadığını yoxlamaq üçün alkotestrdən kəçməyi bildiriblər. Testdən keçdikdə isə onun sərxoş olduğu deyilib. Oruc Ahalov yol polisinə içkili olmadığını və tibbi müayinədən keçməyi tələb edib. Ancaq onun idarə etdiyi 99-KJ-075 dövlət qeydiyyat nişanlı yük maşını cərimə meydançasına aparılıb. Sürücüyə alkoqoldan istifadə etməsini sübut edən sənəd təqdim edilib. Protokolda da onun məhz içkili vəziyyətdə avtomobil idarə etdiyiinə görə cərimələndiyi əksini tapıb. O, cəriməni ödədikdən sonra avtomobili cərimə meydançasından çıxarıb.

Lakin telekanala açıqlamasında sürücü bildirmişdi ki, guya o, sərxoş vəziyyətdə olmayıb. Belə ki, sürücü özü ayrıca həkim müayinəsindən keçib və sərxoş olmadığı müəyyən edilib. Lakin Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücü yol polisinə qarşı bu ittihamları heç də əbəs yerə səsləndirmirmiş. Belə ki, o, sonradan DYP əməkdaşları ilə söhbətində də etiraf edib ki, cəriməni ödəməyə imkanı olmadığı üçün bu yola atıb və protokolun ləğv ediləcəyini düşünüb. Bundan əlavə, sürücü bildirib ki, iş yerini itirmək təhlükəsi yaranıbmış. Belə ki, işlədiyi müəssisənin rəhbərliyi onun sərxoş vəziyyətdə tutulduğunu bilsə, işdən çıxaracaqdılar. Sürücü də özünü təmizə çıxarmaq üçün başqa varianta əl atıb. Gecə saat 1-də sərxoşluğu alkotester vasitəsilə sübut olunan Oruc Ahalov səhər saat 9 radələrində həkim müayinəsindən keçərək ayıq olması barədə tibbi arayış alıb. Hansı ki, tutulduğu vaxtla arayış aldığı vaxt arasında 8 saat fərq olub. Sərxoşluğun təsiri isə bəzən 2 saatdan sonra da keçə bilir.

Görünür, bəzi intizamsız sürücülər məsuliyyətdən kənarda qalmaq üçün şər-böhtanla nəyəsə nail olacaqlarını düşünürlər. Amma unudurlar ki, hər bir inspektorun üzərində səsyazan cihaz var. Üstəlik, patrul avtomobillərindəki videokameralar da xidmət zamanı işlək vəziyyətdədir...

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh