XƏBƏR LENTİ
Receb Evedikdən azərbaycanlılara - Cavab - VİDEO
Bakıda taksi: xidmətlər, qiymətlər, rəylər... - REPORTAJ - VİDEO
Bu günə olan hava proqnozu AÇIQLANDI
Avtomobil həvəskarı hər kəsi məətəl qoydu - FOTO
“Toyota Mark II” və “Mazda RX8” sovet “Pobeda”sına necə çevrildi – FOTO+VİDEO
Zəncirvari qəzalarda dəyən ziyanı kim ödəməlidir? – FOTO+VİDEO
Təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub
Metropolitendə xaricdən gətirilən ehtiyat hissələrinin payı açıqlanıb - FOTO
Bu il Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək
Şahzadənin kortejinə hücum olundu - 3 mühafiəçi yaralanıb
Tehran səmasında PUA vuruldu - VİDEO
Direktor müavinini avtomobil vurdu - FOTO
Yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin ŞOK FOTOLARI
Emin əkizləri və Əminə ilə “07”də gəzintidə - VİDEO
Şirvanda vətəndaşı təhqir edən yol polisi ilə bağlı – AÇIQLAMA + VİDEO
Bakıda qiyməti 1000 manatdan başlayan maşınlar satılacaq - Avtomobil hərracı
Yol polisindən piyadalara qarşı sərt addım – Əmlaka həbs qoyulacaq
Bakıda taksi sürücüsü hər kəsi kövrəltdi – FOTO
Yol polisinin maşınını çəkiclə əzənin şikayəti təmin edildi
Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib
Avtomobildən 18 min ədəd aksizsiz siqaret aşkar olundu
Türkiyədə 11 avtomobil toqquşub, azı 18 nəfər yaralanıb
Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər
Nərimanov prospekti bağlanmayacaq
“Nə məhkəmədən, nə də polisdən qorxuram...” - Kamil Zeynallı
Təyyarənin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ xilas edilib
"Boeing"də həlak olan pilotların adları AÇIQLANDI
"20 Yanvar"a hazırlıq başladı - Bakıda
Təyyarə qəzası ilə bağlı YENİ TƏFƏRRÜATLAR
Özünü məmur kimi təqdim etdi - 3500 dollar “atdı”
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Yarışma / 30 Noyabr 2016
Könüllülərin qəbulu aparılır - Formula 1 yarışı üçün
12:27
161
Könüllülərin qəbulu aparılır - Formula 1 yarışı üçün
Loading...
BŞH tərkibində akademiya yaradılıb

2017-ci ildə Bakıda ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən trend-ə verilən məlumata görə, könüllülər işçi qüvvəsi, məkan, hava limanı, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.

Proqrama qoşulan könüllülər fəaliyyət göstərdiyi müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, dil biliklərini gücləndirəcək və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

 

Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar. Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

Könüllülük fəaliyyəti haqda ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/haqqimizda/konullulr

BŞH tərkibində akademiya yaradılıb

Könüllülər Proqramının icrası məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində akademiya fəaliyyət göstərəcək. Akademiyanın və eyni zamanda əməliyyat şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova yeni yaradılmış akademiyanın könüllülərin fərdi inkişafında böyük xidməti olacağını bildirib: “BŞH Akademiyası Azərbaycan gənclərinin inkişafını əsas məqsəd kimi qarşıya qoymaqla bu istiqamətdə mühüm rol oynayacaqdır. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı xarici dil üzrə danışıq klubları təşkil olunacaq.”

Akademiyada könüllülərlə yanaşı işçilər də problemlərin asan yolla həll olunması, vaxtın düzgün idarə edilməsi, kommunikasiya və digər istiqamətlər üzrə nəzəri və praktiki biliklərini daha da genişləndirəcəklər. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 370 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusunu təsdiq etdi. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edib.

Oxunub: 161
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər