Bu sürücü dayanma qaydalarını pozurmu? - DOĞRU CAVAB

Yarışma 30 Noyabr 2016 15:07 Oxunub 3040
Bu sürücü dayanma qaydalarını pozurmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını pozurmu?

a) Pozmur;

b) Əgər nəqliyyat vasitəsi ilə hərəkət hissəsinin ortasına çəkilən nişanlanma xətti arasında məsafə 3 metrdən artıqdırsa, pozmur;

c) Pozur.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin IV hissəsinin 6-cı bəndinə əsasən, 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Bu şəkildə sürücü avtomobili 1.11 nişanlanma xətti yanında dayandırıb . Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını pozur.

Suala ilk doğru cavabı Məmmədov Namiq adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh