Bakıda qadın polis maşını aşırdı, 3 yaralı var

Yol polisi 30 Noyabr 2016 16:12 Oxunub 22633
Bakıda qadın polis maşını aşırdı, 3 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mətanət Abdullayeva "Nissan" markalı avtomobili aşırıb

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh