Yeni "McLaren" 650S modeli - FOTO

Avtobazar 30 Noyabr 2016 18:29 Oxunub 1509
Yeni "McLaren" 650S modeli - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin maksimal sürəti 333 km/saatdır

Yaponiyanın tüner şirkəti yeni McLaren 650S modelini təqdim ediblər. Avtosfer.az xəbər verir ki, "Liberty Walk" tüninq şirkəti yeni modelin xarici görünüşünə əməlli başlı "əl gəzdirib". Yeniliklərdən McLarenin yeni ön bamper və arxa diffuzorunun, geniş arxa qanadının və digər dəyişikliklərin adını çəkmək olar. Yeni modelin tüninq paketi iki versiyada təqdim edilir. 42.380 dollara təklif edilən tüninq paketinə daxil olan bütün komponentlər karbon lifindən hazırlanıb. İkinci paketin qiyməti 4380 dollar ucuzdur və arxa komponent bu siyahıdan çıxarılıb.

Avtomobilin texniki göstəricilərinə toxunulmayıb. Kapotun altında 3.8 litr həcmli, V8 tipli, tvin-turbo mühərriki yerləşdirilib. Aqreqat 650 at gücü hasil edir. 100 km/saat sürət üçün cəmi 3 saniyə vaxt lazımdır. Avtomobilin maksimal sürəti 333 km/saatdır.

http://avtovesti.com/wp-content/uploads/2015/06/mclaren-650s-tuning-fab-design-6-1024x682.jpg

http://avtovesti.com/wp-content/uploads/2015/06/mclaren-650s-tuning-fab-design-5.jpg

http://avtovesti.com/wp-content/uploads/2015/06/mclaren-650s-tuning-fab-design-2.jpg

http://avtovesti.com/wp-content/uploads/2015/06/mclaren-650s-tuning-fab-design-1.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh