Bankın borcunu tam ödəyib, amma əl çəkmirlər - VİDEO

Xəbərlər 1 Dekabr 2016 01:04 Oxunub 1726
Bankın borcunu tam ödəyib, amma əl çəkmirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mənə dedilər ki, sənin bazada 12 min borcun qalıb”

Aslan İmaməliyev adlı vətəndaş 2014-cü ildə bankların birinə ilkin ödəniş edib. Bank da geridə qalan məbləği ödəyərək avtomobili girov saxlamaq şərtilə alaraq vətəndaşa verib. Daha sonra vətəndaş da hər ay banka ödəniş edib. Avtosfer.az xəbər verir ki, bundan sonra maşın hərrac vasitəsilə üçüncü şəxsə satılıb və təbii olaraq həmin şəxs avtomobilin aylıq pulunu ödəməyi öz öhdəsinə götürüb. Yəni Aslan İmaməliyevlə bank arasındakı müqavilə ləğv edilib: “Mənə sənəd verdilər ki, mənim banka heç bir borcum yoxdur. Mən da başqa banka getdim ki, kredit götürüm ev təmir edim. Mənə dedilər ki, sənin bazada 12 min borcun qalıb”.

Belə aydın olur ki, bank vətəndaşa heç bir borcunun olmaması haqqında sənəd təqdim etsə də, bu məlumat 2 il keçməsinə baxmayaraq mərkəzi kredit reyestrindən silməyib. Borcun olmaması haqqında Nəsimi rayon məhkəməsinin qətnaməsi də var.

Ekspertlər deyir ki, burda Mülki Məcəllə, “Bank haqqında” qanun, eləcə də mərkəzi kredit reyestri haqqında qaydalar bank tərəfindən kobud şəkildə pozulub.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər ki, vətəndaş bankın borcun olmaması ilə bağlı verdiyi sənədi Palatanın inzibati binasında yerləşən mərkəzi kredit reyestri xidmətinə təqdim etməlidir. Bundan sonra həmin şəxsin elektron bazadakı borcu silinə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh