"Avtoş"luq edən erməni qız küçə süpürəcək - FOTO

Qaydalar 1 Dekabr 2016 01:44 Oxunub 4524
"Avtoş"luq edən erməni qız küçə süpürəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Moskvanı avtomobili ilə bir-birinə qatan erməni qızdan xəbər var

Rusiya paytaxtı Moskvada avtoxuliqan kimi tanınan 22 yaşlı erməni qızı Mara Baqdasaryan həbsdən azadlığa buraxılıb. Baqdasaryan 6 noyabrda polis əməkdaşları tərəfindən Moskvanın Lenin prospektində saxlanmışdı. Baqdasaryan  həbsdən azad olunsa da məcburi əməyə cəlb edilib. Mara törətdiyi qanun pozuntusuna görə Moskvanın Sokol rayonunun küçələrini süpürməklə cəzalandırılıb. Baqdasaryan bu vəzifəni 595 saat icra etməlidir. Həmçinin o etdiyi qanunsuzluğa görə 134 min rubl cərimə olunub.

Qeyd edək ki, Baqdasaryan bir müddət əvvəl Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsuvarovla “Galendewagen” avtomobili ilə avtoxuliqanlıq etməsi ilə diqqət mərkəzinə düşmüşdü. Daha sonra Baqdasaryan sosial şəbəkədə Ruslanla yeni “qəhrəman”lığının videosunu yaymışdı.

 

missiya.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh