İcbari avtosığorta ilə bağlı 1400-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanılıb - NOYABRDA

Qaydalar 1 Dekabr 2016 14:59 Oxunub 1251
İcbari avtosığorta ilə bağlı 1400-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanılıb - NOYABRDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu müqavilələr üzrə sığorta daxilolmaları 92 min manata yaxın olub

Azərbaycanda bu ilin noyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı şirkətləri 1 367 beynəlxalq sığorta müqaviləsi bağlayıb. Bu barədə Avtosfer.az-a İcbari Sığorta Bürosundan bildirilib. Məlumata görə, müqavilələrdən 672-si Türkiyə və İrana, 644-ü Rusiya, Moldova və Ukraynaya, 51-i isə Yaşıl Kart sisteminə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Noyabrda beynəlxalq sığorta müqavilələri üzrə toplanan sığorta haqqı 91 866 manat təşkil edib. Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 1 125-i minik, 133-ü yük, 98-i qoşqu, 11-i isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh