XƏBƏR LENTİ
"Jiquli" lapetə çırpıldı: 1 ölü, 3 yaralı - FOTOLAR
Tramp prezident təyyarəsi ilə paytaxta uçdu
Azərbaycanda məmur maşında infart keçirib öldü
“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü
“Lambada”nın ifaçısı maşında yanaraq öldü - VİDEO
Yol polisi rəisinin qardaşı avtoritet imiş - «Dana Vüqar» - FOTO
“Mercedes” avtobusla toqquşdu - Sürücü yaralandı, xanımı öldü
20 Yanvar faciəsindən 27 il ötür
Hava soyuyacaq - yağış və sulu qar yağacaq
Etibarnamə ilə avtomobil almaq təhlükəlidir - İZLƏYİN! - VİDEO
Dəhşətli qəzadan son anda qurtuldu - VİDEO
Şumaxerin keçmiş meneceri: “Artıq həqiqətləri danışmağın vaxtıdır…”
Bakı polislərinin baş ağrısı
Sərnişinin halı pisləşdi: Bakı metrosuna təcili yardım gəldi
69 avtoxuliqan barəsində tədbir görülüb - Bakıda
"Azəravtoyol" Səngəçalda piyada keçidinin inşası məsələsinə münasibət bildirdi
Qızını özü ilə məktəbə apardı: direktor və 3 müəllim zorladı
“Təxribatlara qarşı bütün zəruri tədbirlər görülüb” - FOTO
Damında helikopter meydançası olan xəstəxana tikilir - Sabirabadda
Yol qəzalarının əsas səbəblərindən biri – Özünəgüvənmək - FOTOLAR
“Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?” - Deputat
Avtomobil kanala aşdı: 1 ölü, 2 yaralı - Astarada
Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda
“Kişini çox incitməyək” - Deputatlardan AZAL-a sərt tənqidlər
"Beko Rəşad" işdən qovuldu – Məşhur DYP əməkdaşı cəzalandırıldı
“Qəzanın şahidi oldum, polis məni qandalladı” - VİDEO
Hava Nəqliyyatında külli miqdarda qol saatı müsadirə edildi - FOTO
Nuridə Allahyarovanın yeni işi
Məhbusları aparan avtobuslar yandırıldı
Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Video / 01 Dekabr 2016
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi
15:08
83
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi
Loading...
Çempionat çərçivəsində növbəti ildə Qran-Pri yarışları 20 ölkədə keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 2017-ci il üçün açıqladığı Formula 1 dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran-Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Qran-Prisi Formula 1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq "Le Man" yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Çempionat çərçivəsində növbəti ildə Qran-Pri yarışları 20 ölkədə keçiriləcək. FIA-nın açıqladığı yarış təqvimində Qran-Pri yarışlarının ardıcıllığı belədir:

24-26 mart - Avstraliya (Melburn)

7-9 aprel - Çin (Şanxay)

14-16 aprel - Bəhreyn (Bəhreyn)

28-30 aprel - Rusiya (Soçi)

12-14 may - İspaniya (Barselona)

26-28 may - Monako (Monte Karlo)

9-11 iyun - Kanada (Monreal)

23-25 iyun - Azərbaycan (Bakı)

7-9 iyul - Avstriya (Şpilberq)

14-16 iyul - Böyük Britaniya (Silverston)

28-30 iyul - Macarıstan (Budapeşt)

25-27 avqust - Belçika (Spa-Frankorçamp)

1-3 sentyabr - İtaliya (Monza)

15-17 sentyabr - Sinqapur (Sinqapur)

29 sentyabr - 1 oktyabr - Malayziya (Sepanq)

6-8 oktyabr - Yaponiya (Suzuka)

20-22 oktyabr - ABŞ (Ostin)

27-29 oktyabr - Meksika (Mexiko)

10-12 noyabr - Braziliya (San Paolo)

24-26 noyabr - BƏƏ (Əbu Dabi)

Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib: “Ötən il yarışın Avropa Qran-Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq. Bu il yarışın adının dəyişdirilməsi üçün FIA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran-Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə çatdıra biləcəyik, xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq”.

Qeyd edək ki, gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına 2 dekabr tarixindən etibarən başlanılacaq. İlk iki ay ərzində biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək.

Oxunub: 83
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər