2016-cı ilin ən bahalı idman avtomobilləri – FOTO

Avtodünya 1 Dekabr 2016 15:30 Oxunub 2481
2016-cı ilin ən bahalı idman avtomobilləri – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi rahatlığımız və daha intensiv əmək fəaliyyəti üçün avtomobil lüks ehtiyaclardandır

Ən bahalı avtomobillər bir nəqliyyat vasitəsindən daha artıqdır. Şəxsi rahatlığımız və daha intensiv əmək fəaliyyəti üçün avtomobil lüks ehtiyaclardandır.

Avtosfer.az sizə 2016-cı ilin ən bahalı 10 idman avtomobini (sportcar) təqdim edir:

14 milyon AZN – Mercedes-Benz Maybach Exelero

http://a24.az/files/uploads/2016/11/q6-1.jpg

İki mühərrikli turbo V 12 mühərriki ilə bu avtomobil siyahının lideridir. Hal- hazırda ABŞ-da bu model 10.1 milyon dollara satışdadır. 2 qapılı model saatda 700 km/s yığa bilir.

8 milyon AZN – Koenigsegg CCXR Trevita

http://o.aolcdn.com/dims-shared/dims3/GLOB/crop/1280x720+0+0/resize/800x450!/format/jpg/quality/85/http://o.aolcdn.com/hss/storage/midas/9b5f7bc976d18c8d5d35bf48ab21c177/202006589/koenigsegg-ccxr-leno.jpg

Koenigsess siyahıya CCXR Trevita markası ilə daxil olur. Bu avtomobil də, dünyanın ən bahalı avtomobillərindəndir. Bəs, niyə bu qədər bahalıdır? Çünki o, brilliantlarla bəzədilib. Maşın 1004 at gücünə malikdir.

7 milyon AZN – Lamborghini Veneno

http://a24.az/files/uploads/2016/11/l6.jpg

Bu avtomobil şirkətin 50 illik yubileyi üçün xüsusi olaraq hazırlanıb. Super avtomobil 750 at gücü olan 6,5-litrlik V12 mühərriki və 7-pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilib. Veneno 100 km/saat həddini 2,8 saniyəyə toplayır və 335 km/saat maksimal sürətə malikdir.

5.9 milyon AZN – W Motors Lykan Hypersport

http://images.hgmsites.net/lrg/w-motors-lykan-hypersport-pre-production-model_100445546_l.jpg

Lykan Hypersport avtomobili cəvahiratlarla örtülmüş fənər işıqları, qayçı kimi açılan qapıları və fantastik interyer dizaynı ilə siyahıda yer alır. 3.7 litrlik mühərriki öz sürəti ilə uçuş effekti yaradır.

5.9 milyon AZN – Limited Edition Bugatti Veyron by Mansory Vivere

http://lph5i1b6c053kq7us26bdk75.wpengine.netdna-cdn.com/wp-content/uploads/2016/07/bugatti-veyron-limited-edition-mansory-vivere.jpg

Siyahıda Bugattinin hər hansı bir modelinin yer almaması yəqin ki, qeyri-adi olardı. Ona görə yox ki o, dünyanın ən sürətli avtomobillərindəndir, ona görə ki,  Limited Edition Bugatti Veyron by Mansory Vivere ən bahalı maşınlardandır. Avtomobil alman mütəxəsislər tərəfindən genişləndirilib. Yeni karbon gövdə, yeni spolier paketi, təkmilləşdirilmiş LED işıqları, yeniləşmiş salon və yenidən tərtib edilmiş ön çərçivəsi ilə avtomobil özünü daha da cazibədar edib.

5.2  milyon AZN – Ferrari Pininfarina Sergio

http://icdn9.digitaltrends.com/image/ferrari_f34_ns_52512_815-625x416-c-640x640.jpg

İtalyan dizaynının bu dəfəki ünvanı Pininfarina olub. Sergio mahiyyətcə Ferrari 458 Spider-ə bənzəyir, lakin onda yeni dizayn və interyer öz sözünü deyir. 4.5 litrlik V8 mühərriki əzəmətli görünüşü ilə öz sahiblərini gözləyir.

4.5 milyon AZN – Pagani Huayra BC

http://a24.az/files/uploads/2016/11/p7-%D0%BA%D0%BE%D0%BF%D0%B8%D1%8F.jpg

Avtomobil küləklər tanrısı hesab edilən- İncan şərəfinə adlandırılıb. 2016-cı ildə Cenevrə avtomobil şousunda Huayra BC özünün işıqlı və V12 mühərrikli modası ilə debüt edib.

4.3 milyon AZN – Ferrari F60 America

http://a24.az/files/uploads/2016/11/fr6.jpg

Cənubi Amerikada Ferrarinin 60 illik səlahiyyət müddətinin şərəfinə italyan brendi yeni modellərini təqdim edib. Avtomobil 6.2 litrlik V12 mühərrikinə sahibidir. F60 modeli 3.1 saniyədə 60 km/s sürəti yığa bilir.

4.3 milyon AZN – Bugatti Chiron

http://a24.az/files/uploads/2016/11/g1-5.jpg

Əzəmətli yeni görünüşü ilə Bugatti 8 litrlik W16 mühərrikinə malikdir. 2.5 saniyədə 60 km/s sürətə çata bilir. Maksimal sürət 261 Km/saatdır.

3.5 milyon AZN – Koenigsegg One:1

http://a24.az/files/uploads/2016/11/o2-4.jpg

3.5 milyon manata gözəl villa, 80 ədəd Mazda MX-5 və daha nələr nələr ala bilərsiniz… Məhdud sayda buraxılan One:1 ən sürətli avtomobillərdən hesab olunur. O, F1 avtomobillərini xatırladan dəmir pətəklər, karbon fiber suqəbuledici manifold, ventilyasiya keramika əyləci ilə avtomobil bazarına sürətli giriş edib. (a24.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh